Pentaqonun yüksək vəzifəli rəsmisi İranla müharibənin ABŞ-a artıq 25 milyard dollara başa gəldiyini bildirir
Pentaqonun yüksək vəzifəli rəsmisi İranla müharibənin ABŞ-a artıq 25 milyard dollara başa gəldiyini bildirir

 

Pentaqonun yüksək vəzifəli rəsmisi Jiul Harst Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində dinləmədə İranla müharibənin ABŞ-a 25 milyard dollara başa gəldiyini bildirib.

Jiul Harst müharibə katibinin maliyyə məsələləri üzrə müavinidir.

Pentaqonun yüksək vəzifəli rəsmisinin izahatına əsasən, pulun böyük hissəsi döyüş sursatına, eləcə də əməliyyatın aparılmasına və ehtiyat avadanlıqlara xərclənib.

Harstın sözlərinə əsasən, münaqişənin tam xərcləri qiymətləndirildikdən sonra əlavə qanun layihəsi hazırlanacaq və Konqresə təqdim ediləcək.