Pentaqonun nümayəndəsi İrana qarşı müharibənin ABŞ-a indiyə qədər 29 milyard dollara başa gəldiyini bildirir
Pentaqonun nümayəndəsi İrana qarşı müharibənin ABŞ-a indiyə qədər 29 milyard dollara başa gəldiyini bildirir

 

İrana qarşı müharibə ABŞ-a indiyə qədər 29 milyard dollara başa gəlib – bu haqda Pentaqonun maliyyə nəzarətçisi Cey Herst Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dinləməsində açıqlayıb.

“CNN”in yazdığı kimi, bu qiymətləndirmə Pentaqonun yüksək vəzifəli rəsmilərinin iki həftə əvvəl Konqresə təqdim etdiyi 25 milyard dollarlıq rəqəmdən yüksəkdir.

“Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ifadə verilərkən bu məbləğ 25 milyard dollar idi, lakin Birləşmiş Qərargah və nəzarətçi komandalar bu göstəriciləri daim yeniləyirlər. İndi düşünürük ki, bu, 29 milyard dollara daha yaxındır. Bu, avadanlıqların təmiri və dəyişdirilməsi üzrə yenilənmiş xərclər, eləcə də regionda hərbçilərin saxlanılması üçün lazım olan ümumi xərclərlə bağlıdır” – Herst bildirib.

Onun sözlərinə əsasən, 29 milyard dollara Yaxın Şərqdə yerləşən Amerika bazalarına dəymiş ziyanın xərcləri daxil deyil.

“Bu mərhələdə dəqiq qiymətləndirməmiz sadəcə olaraq yoxdur” – Herst qeyd edib.