Pentaqonda bəyan edirlər ki, Vladimir Putin indi sülh danışıqlarına getməyəcək
Pentaqonda bəyan edirlər ki, Vladimir Putin indi sülh danışıqlarına getməyəcək. Bu barədə Pentaqonun mətbuat katibi, Con Kirbi bəyan etdi.
“ABŞ dövlət katibinin artıq dediyi kimi, Putin burada və indi düzgün olanı edə bilər: qoşunları çıxarsın, Zelenski ilə danışıqlar masasına otursun və xoş niyyətli danışıqlar aparsın, lakin indi belə danışıqlara ümid yoxdur”, – Kirbi bəyan etdi.
Onun sözlərinə görə, Putin məsələnin diplomatik yolla həllinə maraq göstərmir.
“Əksinə, o, Donbasda müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirdi: qoşunları artırmağa, texnika gətirməyə və Ukrayna ərazisinə hava zərbələri endirməyə davam edir”, – Kirbi əlavə etdi.