Pentaqonda bəyan edirlər ki, Ukraynanın Xersondakı əks hücumu ümidverici əlamətlər göstərir
Ukraynanın Xersondakı əks hücumu ümidverici əlamətlər göstərir, lakin qarşıda güman edildiyinə görə, uzunmüddətli döyüş var, – “CCN” teleşirkəti xəbər verir ki, bu barədə sentyabrın 9-da keçirilən brifinqdə ABŞ müdafiə nazirinin müavininin siyasət məsələləri üzrə köməkçisi, Saşa Beyker bəyan etdi.
“CNN”-nin qeyd etdiyinə görə, bu ilk haldır ki, Pentaqonun nümayəndəsi ilk dəfə Ukrayna qüvvələrinin əməliyyatını “əks-hücum” adlandırır. Müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Mill də daxil olmaqla, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri bu termindən indiyədək tərəddüd edirdilər.
“Biz əks-hücumun gedişini kifayət qədər diqqətlə izləyirik. Düşünürəm ki, biz, xüsusilə də son və ya iki gündə bəzi ümidverici əlamətlər gördük. Lakin, Rusiya şiddətli rəqibdir və düşünürəm ki, qarşıda uzunmüddətli bir döyüş var”, – Saşa Beyker bəyan etdi.