Pentaqonda amerikalı hərbçilərin İran neftini daşıdığına görə sanksiyalar altında olan gəmini saxladığını bəyan edirlər
Pentaqonda amerikalı hərbçilərin İran neftini daşıdığına görə sanksiyalar altında olan M/T Tifani gəmisini saxladığını bəyan edirlər.
Bəyanatda əməliyyatın ABŞ-nin Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında aparıldığı qeyd olunub.
Hərbçilər gəmini saxlayıblar və göyərtəyə ” heç bir insident olmadan” baxış həyata keçiriblər.
Pentaqonda sanksiya altında olan gəmilərə qarşı oxşar əməliyyatların gələcəkdə də davam edəcəyini qeyd ediblər.
“Qanunsuz şəbəkələri pozmaq və harada fəaliyyət göstərməsindən asılı olmayaraq İrana maddi dəstək verən sanksiya altında olan gəmiləri dayandırmaq üçün dəniz hüququnun icrasını təmin etmək məqsədilə qlobal tədbirləri davam etdirəcəyik. Beynəlxalq sular sanksiya altında olan gəmilər üçün sığınacaq deyil” – ABŞ-nin Müdafiə Departamentinin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, M/T Tifani gəmisi Botsvananın bayrağı altında üzürdü. ABŞ tankerə İran neftini daşıdığına görə 2025-ci ilin iyulun 30-da sanksiyalar tətbiq edib.