Pentaqon Yaxın Şərqdə son iki həftə ərzində İranla müharibədə demək olar ki, 100 amerikalı hərbçinin yaralandığına dair məlumat verir

10:49, 21.07.2026

 

Pentaqon Yaxın Şərqdə son iki həftə ərzində İranla müharibədə demək olar ki, 100 amerikalı hərbçinin yaralandığına dair məlumat verir.

Pentaqonun mətbuat katibi Şon Parnel sosial şəbəkədə hərbi qulluqçuların müxtəlif dərəcəli xəsarətlər aldığını, lakin əksəriyyətinin özünü yaxşı hiss etdiyini və xidmətə qayıtdığını yazıb.

“2026-cı ilin iyulun 7-dən demək olar ki, 100 hərbi qulluqçunun müəyyən dərəcəli xəsarət almasına baxmayaraq, onların 96%-i xidmətə qayıdıb. Onlar döyüşə qayıtmağa qəti qərar veriblər. Alınan xəsarətlərin böyük əksəriyyəti yüngül beyin silkələnməsi olub” – o, bildirib.

Amerika mediasında son həftələr ərzində İranla müharibədə yüzlərlə amerikalı hərbçinin yaralandığına dair məlumat yayılırdı. “New York Times”ın reportajına əsasən, Pentaqon İranla müharibə zamanı onlarla amerikalı hərbçinin yaralanması ilə bağlı məlumatları gizlədib. “CNN”in məlumatına əsasən isə, ABŞ hərbçilərinin xəsarətləri ilə bağlı məlumatı gecikmə ilə yayırlar.

Oxşar