Pentaqon təsdiq etdi ki, Ukrayna rus raketini “Patriot” vasitəsilə saldırdı

10:31, 10.05.2023

Pentaqon rsəmi olaraq təsdiq etdi ki, Ukrayna “Kinjal” rus raketini “Patriot” hava müdafiə sistemi vasitəsilə saldırdı.

“Təsdiq edə bilərəm ki, Ukraynalılar Rusiyaya məxsus raketi “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə etməklə saldırdılar. Bildiyiniz kimi, bu sistem ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya təqdim etdiyi daha geniş hava hücumundan müdafiə imkanlarının bir hissəsidir”, – ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, Patrik Rayder bəyan etdi.

O, eləcə də qeyd etdi ki, Amerika Birləşmiş Ştatları öz partnyorları ilə birlikdə Ukraynanı hava hücumundan müdafiə imkanları və sursatla təmin etməkdə davam edir ki, ölkə hava və vətəndaşlarını Rusiyadan müdafiə etsin.

Oxşar