Pentaqon – Loyd Ostin Gürcüstan və Ukraynaya səfəri zamanı qeyd edəcək ki, onlar üçün NATO-nun qapısı açıqdır
ABŞ-ın müdafiə katibi, Loyd Ostin Gürcüstan və Ukraynaya səfəri zamanı qeyd edəcək ki, onlar üçün NATO-nun qapısı açıqdır və onları üzvlük ümün lazım olan kvalifikasiya üçün vacib dəyişiklikləri həyata keçirməyə çağıracaq. Bu barədə Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin veb-səhifəsində yayılan məlumatlada deyilir.
Pentaqonun məlumatına görə, Ostin həmçinin bu iki millətin onlar tərəfindən verilən qurban şəklində dətəyini etiraf etməyi planlaşdırır.
“Əhəmiyyətlidir qeyd edilsin ki, Gürcüstan Əfqanıstanda qəti dəstək missiyasında, adambaşına kontribusiya ilə başdadır və bu missiyada böyük itki gördü”, – məlumatda deyilir. Burada həmçinin qeyd olunur ki, “ABŞ dövlət katibi Avropa səfərinin məqsədidir müttəfiqləri və partnyorları inandırsın ki, rus aqressiyası qarşısında onların suverenliyinə Amerika sadiq qalır”.
Bununla yanaşı, Pentaqonda bəyan edirlər ki, Loyd Ostin Gürcüstan, Ukrayna və Rumıniya liderləri ilə Qara Dəniz təhlükəsizliyi və üç ölkə arasında əməkdaşlığın gücləndirilməsi barəsində danışacaq. Nazirlər NATO-nun 2030-un gündəmini, eləcə də Rusiya və Çindən gələn təhlükələri müzakirə edəcəklər.
Loyd Ostin həmçinin Amerika kontinqenti ilə görüşəcək. ABŞ müdafiə katibi Gürcüstana sabah gələcək.