Pentaqon İsrail üçün F-15 döyüş təyyarələrinin hazırlanması üçün "Boeing" şirkəti ilə 8.6 milyard dollarlıq müqavilə imzalayıb
Pentaqon İsrail üçün F-15 döyüş təyyarələrinin hazırlanması üçün "Boeing" şirkəti ilə 8.6 milyard dollarlıq müqavilə imzalayıb

 

Pentaqon İsrail üçün F-15 döyüş təyyarələrinin hazırlanması üçün “Boeing” şirkəti ilə 8.6 milyard dollarlıq müqavilə imzalayıb.

“Reuters”in yazdığı kimi, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Floridada İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra baş verib.

Pentaqonun bəyanatına əsasən, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA təyyarəsinin dizaynını, inteqrasiyasını, avadanlıqla təchiz edilməsini, sınaqdan keçirilməsini, istehsalını və təhvil verilməsini əhatə edir. Bundan başqa, razılaşma daha 25 təyyarənin əlavə olunması imkanını nəzərdə tutur.