Pentaqon quru qoşunlarını Yaxın Şərqə yerləşdirəcəklərini rəsmən təsdiqləyib
Pentaqonun nümayəndəsi “BBC” ilə söhbəti əsnasında 82-ci Hava-Desant Diviziyasının döyüş və dəstək bölmələrini Yaxın Şərqə yerləşdirəcəklərini təsdiqləyib.
82-ci diviziya Şimali Karolinada yerləşən ən sürətli hərbi bölmələrdən biridir, onun dəstələri dünyanın istənilən nöqtəsində 18 saat ərzində ola bilər.
Əsgərlər paraşütlər və ya vertolyotlarla desant əməliyyatlarını həyata keçirmək üçün təlim keçiblər.