Pentaqon bildirir ki, Donald Trampın ABŞ-ın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırması barədə sərəncamı Ukraynaya hərbi dəstək proqramlarına şamil edilmir
Amerikanın Səsi Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xaricə yardım proqramlarının 90 gün müddətinə dayandırılması ilə bağlı verdiyi fərman Ukraynaya hərbi dəstək proqramlarına şamil edilmir.
ABŞ Müdafiə Nazirliyi izah edir ki, Ukraynaya təhlükəsizlik yardımı Xarici Yardım Aktının məhdudiyyətlərinə tabe deyil, çünki o, hərbi dəstək deyil, yalnız inkişaf proqramlarına aiddir.
Müvafiq olaraq, Donald Trampın sərəncamı Co Bayden administrasiyası dövründə imzalanmış “Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü” çərçivəsində Ukrayna üçün silah istehsalına dair müqavilələrə təsir etməyəcək.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın bütün xarici yardım proqramlarının onun siyasət məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün nəzərdən keçirilənədək 90 gün müddətinə dayandırılması haqqında sərəncam imzalayıb.