Pentaqon: ABŞ Meksika sərhədinə 3000 əlavə hərbçi yerləşdirəcək
ABŞ Meksika sərhədinə əlavə 3000 hərbçi yerləşdirəcək. ABŞ Müdafiə Nazirliyinin fikrincə, bu, qeyri-qanuni miqrant axınının və narkotik ticarətinin qarşısının alınması səylərində daha çox çeviklik yaradacaq.
Pentaqona görə, onlar deportasiya əməliyyatlarında iştirak etməyəcəklər, onların vəzifəsi qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarını aşkar etmək və monitorinq etmək olacaq, həmçinin yerlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və sərhədçilərə inzibati və maddi-texniki dəstək göstərməli və kömək göstərməlidirlər.
ABŞ prezidenti Ağ Evə qayıdandan sonra qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizəyə başlayıb.