2020-ci ilin büdcəsi əsasən sosiyal proqramlara yönləndiriləcək və onların arasında pensiyalarla bağlı təşəbbüs də hazırlanır, – bu barədə məlumatı İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava bugünki hökümət iclasından sonra, jurnalistlərlə söhbət zamanı verdi.
“2020-ci ildə, pensiyalarla bağlı təşəbbüs hazırlanır və buna Maliyyə Nazirliyi koordinasiyalıq edir. Büdcə layihəsinin hazırlanması başa çatanda, qeyd olunan layihə ilə bağlı əlavə məlumat verəcəyik” – dedi Natia Turnava.
Yeni iqtidara etimadın verildiyi müddətdə, parlamentdə aparılan müzakirə zamanı baş nazir Giorgi Qaxaria bəyan etdi ki, mövcud olan büdcə gələn il pensiyaların artırılması üçün imkan verir.