Pensiyanın verilməsi hər ayın birindən 14-ə qədər, müvafiq cədvəllə mümkün olacaq, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya hökumət iclasında bəyan etdi.
“Yaşlılar yüksək risk qrupundadırlar, buna görə, bank sektoru ilə birlikdə qərar qəbul etdik ki, pensiyanın verilməsi hər ayın birindən 14-ə qədər, müvafiq cədvəllə mümkün olsun, pensiyaçı öz cədvəlini biləcək. Bunu bank təmin edəcək, heç bir texniki əngəllər və problem olmayacaq. Müvafiq olaraq əsas nəticədir. Pensiyaçılar növbədə bir gündə durmayacaqlar. Onlar pensiyanı ayın birindən 14-ə kimi ardıcıl olaraq alacaqlar”, – Qaxariya qeyd etdi.