Pensiya Fondunun məlumatına əsasən, pensiya yığım sistemindən artıq 23 784 nəfər faydalanıb, onlara pensiya şəklində 105.8 milyon lari verilib
Pensiya Fondunun məlumatına əsasən, pensiya yığım sistemindən artıq 23 784 nəfər faydalanıb, onlara pensiya şəklində 105.8 milyon lari verilib

 

Gürcüstanın Pensiya Fondu statistik məlumatları dərc edir.

Sentyabrın 30-na olan statistik məlumatlara əsasən, pensiya sxeminə qoşulmuş iştirakçıların sayı bir milyon 676 min nəfərdir. Bununla yanaşı, pensiya yığım sistemindən 23 784 nəfər faydalanıb, onlara pensiya şəklində 105.8 milyon lari verilib.

Pensiya Fondunun məlumatına əsasən, pensiya aktivlərinin dəyəri isə 7.7 milyard lari təşkil edir, o cümlədən yaranan gəlirlər 2.0 milyard larini aşıb.

Gürcüstanın Pensiya Fondu investisiya portfellərinin 2025-ci ilin sentyabr ayı üzrə nəticələrini də dərc edir.

“Sentyabr Pensiya Fondunun portfelləri üçün ilin ikinci ən yaxşı ayı olub. Beynəlxalq səhmlər bazarındakı güclü artım müsbət dinamikaya səbəb olub, federal rezerv tərəfindən faiz dərəcəsinin azaldılması və sabit geosiyasi mühit buna kömək edib.

Digər portfellərlə müqayisədə beynəlxalq səhmlərin payının ən yüksək olduğu dinamik portfel sentyabrda 2,56% artıb, balanslaşdırılmış və mühafizəkar portfellər isə müvafiq olaraq 1.98% və 1.47% artım qeydə alıblar.

İlin əvvəlindən bu günə qədər hər üç portfel üzrə gəlirlilik kifayət qədər yüksəkdir:

🔹 Dinamik – 12.0%

🔹 Balanslaşdırılmış – 10,3%

🔹 Mühafizəkar – 8,9%

Qeyd etmək lazımdır ki, dinamik portfel yarandığı gündən (2023-cü ilin iyunun 6-sı) illik gəlir baxımından da lider mövqedədir və onun gəlirliliyi 14.5%-ə çatır, balanslaşdırılmış və mühafizəkar portfellər üçün müvafiq göstəricilər 13.2% və 11.9% təşkil edir.

Gürcüstanın Pensiya Fondunun aktivləri sentyabrın sonu üçün 7.7 milyard larini, yaranan gəlirlər isə – 2.0 milyard larini aşıb” – Pensiya Fondunun məlumatında qeyd olunub.