Pensiya Fondunun həcmi 100 milyon lariyə çatıb.
Bu barədə məlumatı Birinci kanala Pensiya Agentliyi verib.
Pensiya məbləğinin bir hissəsi bu vaxt üçün komersiyal bankların depozitində saxlanılır, digər hissəsi isə, Milli Bankın hesabında.
Milli Bankda illik faiz dərəcəsi 6.75 faizdir, komersiyal banklarda isə, 5-dən 8.5 faizə qədər dəyişirilir.
“Bu məbləğlər pensiya sxemasına qoşulan hər bir vətəndaşa aiddir. Daha sonra məbləğlərin investisiyası başlayacaq. İnvestisiya şurası işləməyə başladıqdan sonra, risklərin minimuma düşürülməsi məqsədi ilə, məbləğlər xüsusi paketlərdə yerləşdiriləcək” – deyir Pensiya Agentliyinin rəhbəri Levan Surquladze.