Pensiya Fondu – 2026-cı il avqustun 31-i tarixinə olan məlumata görə, yığım pensiyasından 35 793 nəfər yararlanıb, pensiya ödənişləri üçün 185 milyon lari vəsait verilib
Gürcüstan Pensiya Fondu 2026-cı il avqustun 31-nə olan statistik məlumatları açıqlayıb.
Pensiya Fondunun məlumatına görə, yığım pensiyası sisteminə qoşulan iştirakçıların sayı 1 milyon 769 min nəfərdir.
“Hazırda yığım pensiyasından 35 793 nəfər yararlanıb. Onlara pensiya ödənişi şəklində 185 milyon 189 min 254 lari 1 tetri vəsait verilib.
Avqustun sonuna Gürcüstan Pensiya Fondunun aktivləri 10 milyard lariyə yaxınlaşıb, ümumi gəlir isə 2,9 milyard larini ötüb”, – məlumatda qeyd olunur.