Pensiya Agentliyi - 2025-ci ilin aprelin 30-na olan vəziyyətə görə, pensiya yığım sistemindən 18 749 nəfər faydalanıb, onlara pensiya şəklində 79.2 milyon lari verilib
Pensiya Agentliyi - 2025-ci ilin aprelin 30-na olan vəziyyətə görə, pensiya yığım sistemindən 18 749 nəfər faydalanıb, onlara pensiya şəklində 79.2 milyon lari verilib

 

Pensiya sxeminə qoşulmuş iştirakçıların sayı bir milyon 612 min nəfərdir – bu barədə Gürcüstanın Pensiya Agentliyinin məlumatında qeyd olunub.

Onların məlumatına əsasən, 2025-ci ilin aprelin 30-na olan vəziyyətə görə, pensiya yığım sistemindən 18 749 nəfər faydalanıb, onlara pensiya şəklində 79.2 milyon lari verilib.

“Pensiya aktivlərinin dəyəri isə 6.7 milyard lari təşkil edir, o cümlədən yaranan gəlirlər 1.6 milyard larini aşıb” – Pensiya Fondunun məlumatında qeyd olunub.