Penitensiar Xidmət – Murtaz Zodelava insult keçirməyib, bütün növ kəskin patoloji proseslər istisna edilib, hər kəsi yalan məlumat yaymaqdan çəkinməyə çağırırıq
Xüsusi Penitensiar Xidmət məhkum Murtaz Zodelavanın səhhəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Murtaz Zodelava insult keçirməyib və “Vivamedi” klinikasında aparılan müayinələr nəticəsində bütün növ kəskin patoloji proseslər istisna edilib.
“Xüsusi Penitensiar Xidmət məhkum Murtaz Zodelava ilə bağlı yayılan yalan məlumatlara münasibət bildirərək açıqlayır ki, o, insult keçirməyib. Məhkumun şikayətləri nəzərə alınaraq, diaqnozun dəqiqləşdirilməsi məqsədilə o, ‘Vivamedi’ klinikasına aparılıb. Klinikada aparılan müayinələrin nəticələrinə əsasən, bütün növ kəskin patoloji proseslər istisna edilib.
Məhkumun penitensiar müəssisəyə qaytarılması ilə bağlı tələbinə baxmayaraq, o, sonrakı dinamik müşahidə məqsədilə klinikada saxlanılıb. Xüsusi Penitensiar Xidmət bir daha hər kəsi bu cür yalan məlumatların yayılmasından çəkinməyə çağırır”, – deyə Xüsusi Penitensiar Xidmətin bəyanatında bildirilir.