Pekka Haavisto bəyan edir ki, Finlandiya Rusiya vətəndaşları üçün turist vizalarının verilməsini əhəmiyyətli dərəcədə azaldacaq

22:29, 13.08.2022

Finlandiya Xarici İlər naziri, Pekka Haavisto bəyan edir ki, Rusiya vətəndaşları üçün turist vizalarının verilməsi əhəmiyyətli dərəcədə azaldılacaq.

Bu barədə Pekka Haavisto Finlandiya mediası ilə söhbəti zamanı bəyan etdi.

Nazirin dediyinə görə, Finlandiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına turist vizalarının verilməsini necə məhdudlaşdıracağını artıq müəyyən edib.

“Praktikada bu belə olacaq: siz turist vizası üçün sənədləri bazar ertəsi, çərşənbə axşamından cümə gününə qədər isə ailə vəziyyəti, təhsil, iş və ya digər səbəblərə görə təqdim edə bilərsiniz”, – Haavisto açıqladı.

Onun bəyan etdiyinə görə, yeni tətbiq edilən qaydalar Rusiya Federasiyası vətəndaşlarına vizaların verilməsini xeyli yavaşladacaq. Onun sözlərinə görə, bu yolla Finlandiya özü ruslara turist vizalarının verilməsini məhdudlaşdıra biləcək, lakin nazir qeyd etdi ki, ruslar başqa Şengen ölkəsinin verdiyi viza ilə Finlandiya sərhədini hər halda keçə biləcəklər.

Oxşar