Pekin, Si Dzinpinin Donald Trampla söhbəti zamanı Vladimer Putini tənqid etməsi ilə bağlı "Financial Times"ın xəbərini təkzib edib
Pekin, Si Dzinpinin Donald Trampla söhbəti zamanı Vladimer Putini tənqid etməsi ilə bağlı "Financial Times"ın xəbərini təkzib edib

 

Pekin, Si Dzinpinin Donald Trampla söhbəti zamanı Vladimer Putini tənqid etməsi ilə bağlı “Financial Times”ın xəbərini təkzib edib.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Britaniya nəşrinin xəbərinin “tamamilə uydurma” olduğunu deyib.

“Financial Times”ın məlumatına əsasən, Çin Xalq Respublikasının Prezidenti ABŞ Prezidentinə Putinin Ukraynaya qarşı müharibəyə başlamaq qərarından “peşman ola biləcəyini” deyib. Nəşr Rusiyanın hərbi təcavüzü ilə bağlı əlavə məlumat verməyib.

Trampın Çinə səfəri 13-15 may tarixlərində baş tutub. Bu, onun Ağ Evə qayıtdıqdan sonra Si Dzinpinlə ikinci görüşü olub. “Financial Times” qeyd edir ki, Çin liderinin ehtimal edilən bəyanatları ilə bağlı məlumat Putinin 19-20 may tarixlərində baş tutacaq Çinə səfəri fonunda yayılıb.