Pedro Sançez - Fələstin Dövlətini ilk tanıyan biz olduq və Böyük Britaniya, Kanada və Avstraliya isə sonuncu olmayacaq
İspaniyanın Baş naziri Pedro Sançes Fələstin Dövlətinin bir neçə ölkə tərəfindən tanınmasını təqdir edir və onların bu qərarı verən sonuncu ölkələr olmayacaqlarını bildirir.
Bununla yanaşı, Pedro Sançez dünyaya xatırladır ki, İspaniya Norveç və İrlandiya ilə birlikdə hələ 2024-cü ilin mayında Fələstini tanımaq haqda qərar verən ilklərdən biridir.
“Biz ilk olduq. Böyük Britaniya, Kanada və Avstraliya isə sonuncu olmayacaq. İsrail və Fələstin vətəndaşlarının sülh içində yaşayacağı iki dövlətin yaradılması üçün birlikdə” – Sançes sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, Böyük Britaniya, Kanada və Avstraliyadan sonra Portuqaliya da Fələstin Dövlətini rəsmən tanıyıb. Beynəlxalq mediada yayılan məlumata əsasən, yaxın günlərdə daha 10-a yaxın ölkə eyni şeyi edəcək.