Pedro Sançes – Seutaya miqrantların kütləvi keçidi barədə heç kimin məlumatı yox idi: „Hökumətin bundan xəbəri olduğunu və heç nə etmədiyini düşünmək absurddur“
İspaniyanın Baş naziri Pedro Sançes Seuta anklavına miqrantların kütləvi şəkildə daxil olacağı barədə heç kimin məlumatlı olmadığını bildirib.
Onun sözlərinə görə, miqrantların şəhərə kütləvi girişinin arxasında Mərakeşin dayandığını təsdiqləyən heç bir sübut yoxdur.
„Hökumətin bundan xəbəri olduğunu və heç nə etmədiyini düşünmək absurddur“, – Pedro Sançes bildirib.
İspaniyanın miqrant axınını idarə etməsi tərəfdaş dövlətlərin narazılığına səbəb olub. Buna görə də İtaliya İspaniyadan gələn miqrantlarla bağlı sərhəd məhdudiyyətləri tətbiq edib. Sançesin sözlərinə görə, „Seuta İspaniyanın sərhədi deyil, İspaniyanın özü Avropanın sərhədindədir“.
Qeyd edək ki, iyulun sonunda təxminən 72 min nəfər Mərakeşdən Seutaya daxil olub. Sentyabrın 2-3-də isə Madrid, Barselona, Valensiya və Sevilyada on minlərlə insan Seutadakı miqrasiya böhranına etiraz olaraq küçələrə çıxıb.