Pedro Sançes - İranda bir Xameneini digəri ilə əvəz etdilər, Müctəba Xamenei diktator liderdir və daha çox qaniçəndir, müharibənin təşkilatçılarının nail olduqları şey budur
İspaniyanın Baş naziri Pedro Sançes İsrailin Livanı Qəzza sektorunu məhv etdiyi kimi məhv etmək istədiyini bildirir.
Bu haqda Sançes ölkə parlamentinin aşağı palatası qarşısında çıxışı zamanı deyib.
“Müharibənin başlamasından sonra İran və Livanda dörd milyondan çox insan məcburi köçkünə çevrilib. İsrailin cəsarətlənmiş baş naziri Benyamin Netanyahunun məqsədi Qəzza sektoruna yaşatdıqları kimi Livana da eyni dağıntı və əzab yaşatmaqdır. İran rejiminin qonşu ölkələrə qarşı qəddar və qanunsuz cavabını qınayır və rədd edirik, çünki qanunsuz bir hərəkət başqa bir yanlış hərəkətlə əsaslandırıla bilməz” – Sançes bildirib.
Pedro Sançes İranın yeni Ali Liderinin sələfindən daha sərt olduğunu qeyd edib.
“Tehranda bir Xameneini digəri ilə əvəz etdilər, o, daha da pisdir, çünki Müctəba Xamenei atası kimi diktator liderdir və daha çox qaniçəndir. Üstəlik, atasından fərqli olaraq, İran tərəfindən nüvə silahının yaradılmasının tərəfdarıdır. Bir sözlə, bu, mütləq fəlakətdir, mütləq fəlakət. Bu müharibənin təşkilatçılarının hələlik nail olduqları şey budur” – Pedro Sançes bildirib.