Pedro Sançes qatar qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı verib – “Bənzər faciə İspaniyada bir daha təkrarlanmamalıdır, təhlükəsizlik səviyyəsini artırmalı olduğumuz aydındır”

21:38, 28.10.2026

 

Bənzər faciə İspaniyada bir daha təkrarlanmamalıdır – bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qatarların toqquşması ilə bağlı açıqlayıb.

Pedro Sançes baş verənləri dəhşətli faciə adlandırıb və göstərdikləri yardıma görə fövqəladə xidmətlərə təşəkkürünü bildirib.

Pedro Sançes, həmçinin həlak olanların ailələrinə başsağlığı verib.

“İspaniya hökumətinin əsas prioriteti zərərçəkənlərin qayğısına qalmaq, onlara yardım göstərmək və mümkün qədər çox insanın xilas edilməsini təmin etməkdir” — qəza yerində olan baş nazir jurnalistlərə açıqlayıb.

Bununla yanaşı, Pedro Sançes hökumətin hazırkı əsas məqsədinin qəzanın başvermə səbəblərini müəyyən etmək olduğunu deyib.

“Əgər təhlükəsizlik sistemində nöqsanlar olubsa, aydındır ki, biz onları aradan qaldırmalıyıq. Təhlükəsizlik səviyyəsini daha da artırmalı olduğumuz aydındır, çünki ölkəmizdə belə bir faciə bir daha təkrarlanmamalıdır” — Sançes qeyd edib.

İspaniyada baş verən dəmir yolu qəzası nəticəsində azı 68 nəfər həlak olub. Cari ilin yanvar ayında İspaniyanın cənub hissəsində daha bir irimiqyaslı dəmir yolu qəzası baş vermişdi.

Oxşar