Pedro Sançes - Baş nazir kimi işləməyə davam etmək qərarına gəldim, hər şey fərqli olacaq, buna zəmanət verə bilərəm
Pedro Sançes - Baş nazir kimi işləməyə davam etmək qərarına gəldim, hər şey fərqli olacaq, buna zəmanət verə bilərəm

İspaniyanın baş naziri Pedro Sançesin sözlərinə görə, o, baş nazir kimi fəaliyyətini davam etdirmək qərarına gəlib.

“Baş nazir kimi fəaliyyətimi davam etdirmək qərarına gəldim. Hər şey fərqli olacaq və mən buna zəmanət verə bilərəm. Ona görə də mən sizə söz verirəm ki, demokratiyamızın dirçəlişi üçün yorulmadan, möhkəm və sakit şəkildə çalışacaqsınız. Həmçinin, hüquq və azadlıqların inkişafı və möhkəmləndirilməsi üçün”, – Sançes bildirib.

Keçən həftə Pedro Sançes sosial şəbəkədə ictimai vəzifələrinin icrasını dayandırdığını bildirərək bəyanat yayıb. Sözügedən açıqlama, məhkəmənin həyat yoldaşına qarşı korrupsiya ittihamı ilə istintaqa başlamasından sonra İspaniyanın baş naziri tərəfindən verilib. Sançes həyat yoldaşını günahsız hesab edir.

“Mən və həyat yoldaşım bilirik ki, bu qarayaxma kampaniyası bitməyəcək. On ildir əziyyət çəkirik. Bu ciddidir, amma ən vacibi deyil. Biz onu məğlub edə bilərik. Həqiqətən vacib olan odur ki, aldığımız məhəbbət və rəğbətə görə sizə ürəkdən təşəkkür etmək istəyirik”, – İspaniyanın Baş naziri bildirib.

Xatırladırıq ki, Madriddə minlərlə vətəndaş İspaniyanın baş naziri Pedro Sançesin vəzifəsində qalması tələbi ilə nümayiş keçirib.

Pedro Sançes 2018-ci ildən hakimiyyətdədir.