Paytaxtın meriyası mayın 1-dən ağciyər xərçənginin pulsuz skrininq proqramına başlayır
Paytaxtın meriyası mayın 1-dən ağciyər xərçənginin pulsuz skrininq proqramına başlayır

 

Tbilisinin Meriyası mayın 1-dən ağciyər xərçənginin skrininqini maliyyələşdirməyə başlayır – bu haqda paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin iclasında deyib.

Onun sözlərinə əsasən, pulsuz skrininq paytaxtda qeydiyyata alınmış 45-dən 75 yaş da daxil olmaqla aktiv tütün istifadəçiləri və ya son 15 ildir tütün istifadəsini tərgitmiş vətəndaşlar üçün aparılacaq.

“Səhiyyə və Sosial Xidmətlər üzrə Şəhər Xidmətimizin layihələri vasitəsilə bir sıra ailə və insanlara kömək etmişik. Tbilisinin Meriyası bu dəfə ağciyər xərçənginin skrininqini maliyyələşdirməyə başlayır. Prosedur mayın 1-dən vətəndaşlar üçün tamamilə pulsuz olacaq və “Xəstəliklərin skrininqi” proqramı çərçivəsində onu Səhiyyə və Sosial Xidmətlər üzrə Şəhər Xidməti maliyyələşdirəcək. Paytaxtda qeydiyyata alınmış 45-dən 75 yaş da daxil olmaqla aktiv tütün istifadəçiləri və ya son 15 ildir tütün istifadəsini tərgitmiş vətəndaşlar ağciyər xərçəngi skrininqindən pulsuz keçmək imkanı əldə edəcəklər” – Kaxa Kaladze bildirib.

Onun sözlərinə əsasən, yaş da daxil olmaqla, skrininq proqramının təfərrüatları onkologiya, radiologiya və pulmonologiya sahələrində aparıcı mütəxəssislərlə məsləhətləşmələr və sıx əməkdaşlıq nəticəsində müəyyən edilib. Həmçinin, aparıcı klinikalar və ən yaxşı təcrübəyə malik mütəxəssislər seçilib.

“Skrininq çərçivəsində, iki radioloq tərəfindən müstəqil şəkildə oxunacaq aşağı dozalı kompüter tomoqrafiyası müayinəsi aparılacaq. Fərqli qiymətləndirmə halında, üçüncü radioloqun iştirakı ilə konfrans keçiriləcək. Ağciyər xərçənginin skrininq proqramına qoşmaq üçün Tbilisinin Meriyası ən yaxşı təcrübəyə malik mütəxəssislərin və lazımi maddi-texniki bazanın tələblərinə cavab verən aparıcı klinikaları seçib. Bu mərhələdə Tbilisinin müxtəlif coğrafi ərazilərində yerləşən 16 tibb müəssisəsi proqrama xidmət göstərəcək” – Kaxa Kaladze qeyd edib.

Tbilisinin meri həmçinin bildirib ki, ağciyər xərçəngi onkoloji patologiyalardan qaynaqlanan ölüm hallarına görə dünyada birinci yerdədir, skrininq xəstəliyin inkişaf riski yüksək olan şəxslərdə erkən aşkarlanmaya kömək edir və ömür uzunluğu göstəricisini 70 faizə qədər artırır.