Paytaxtın əsas şam ağacının işıqları dekabrın 14-də yandırılacaq
Paytaxtın əsas şam ağacının işıqları dekabrın 14-də yandırılacaq

 
Paytaxtın əsas şam ağacının işıqları Rustaveli prospektində dekabrın 14-də saat 19:00-da yandırılacaq. Bu haqda Tbilisinin meri Kaxa Kaladze videomüraciətində deyib.

Bununla yanaşı, merin qeyd etdiyi kimi, Rustaveli prospektində işıqlandırmaların quraşdırılmasına bir qədər gec başlanacaq.

“Bildiyiniz kimi, paytaxtda bayram hazırlığı başlayıb, artıq son mərhələdədir. Rustaveli prospektindən başqa bütün mərkəzi prospektlərdə yeni il işıqları quraşdırılıb. Rustaveli prospektinə gəlincə, işıqlandırmaların quraşdırılmasına bir qədər gec başlanacaq. Ölkəmizin əhalisinə məlumat vermək istərdim ki, paytaxtın əsas şam ağacının işıqları şənbə günü, dekabrın 14-də yandırılacaq və bütün şəhərdə tədricən bayram işıqları yandırılacaq. Sizə demək istəyirəm ki, Tbilisi yenidən insanların, körpələrimizin xoşbəxtlik və sevinc hissi yaşayacağı ən sehrli, Yeni il üçün bəzədilmiş ən gözəl şəhər olacaq; Burada körpələr əsl bayramı görəcək və əylənəcəklər. Bunun üçün bütün şərait yaradılacaq” – Kaxa Kaladze bildirib.

O, ölkədə sülh və inkişafın olacağını, Avropaya inteqrasiya yolunda addımlar atılacağını deyib.

“Təəssüf ki, qeyd etməliyəm ki, son günlər ərzində həm ölkə daxilində, həm də xaricdə ölkədə qarışıqlıq salmağa çalışan müəyyən qüvvələr var. Lakin, mən sizə, ölkəmizin vətəndaşlarına müraciət etmək və demək istəyirəm ki, ölkədə mütləq sülh, inkişaf olacaq, ölkəmizin Avropaya inteqrasiyası yolunda bütün addımlar atılacaq. Beləliklə, gəlin birlikdə paytaxtın əsas şam ağacının işıqlarını yandıraq və vətənimizin qələbələri haqqında birlikdə arzu tutaq. Şənbə günü dekabrın 14-də saat 19:00-da hamınızı gözləyirik. Övladlarınız, nəvələrinizlə gələ bilərsiniz. Ən əsası, mütləq isti geyinin, ölkənin əsas şam ağacının işıqlarını birlikdə yandıraq və arzular tutaq” – Tbilisinin meri bildirib.