Paytaxtın əsas Milad ağacının işıqları dekabrın 12-də yandırılacaq
Paytaxtın əsas Milad ağacının işıqları dekabrın 12-də yandırılacaq

 

Paytaxtın əsas Milad ağacının işıqları dekabrın 12-də, saat 20:00-da Birinci Respublika Meydanında yandırılacaq – bu haqda Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında deyib.

Kaxa Kaladze vətəndaşları bayram mərasimində iştirak etməyə dəvət edib.

“Əsas Milad ağacı və “Milad kəndi”nin yerləşəcəyi Birinci Respublika Meydanında fəal işlər aparırıq. Yeni il mühiti yaratmaq və böyük və ya kiçik olmasından asılı olmayaraq, ora gələn hər kəsdə bayram əhvali-ruhiyyəsi yaranması üçün hər şeyi edirik. Hamını, dekabrın 12-də saat 20:00-da paytaxtın əsas Milad ağacının işıqlarını birlikdə yandıracağımız Birinci Respublika Meydanına gəlməyə dəvət edirik” – Kaxa Kaladze bildirib.