Paytaxtda “Tbilisoba” ilə bağlı tədbirlər keçirilir [şəkil]
Paytaxt ənənəvi bayramı – “Tbilisoba”nı miqyaslı şəkildə qeyd edir. Təntənəli tədbirlər şəhərin beş məkanında keçirilir.
Riğe Parkı və Orbeliani meydanı ilə yanaşı, ziyarətçilərə Qudiaşvili meydanı, Leğvtaxevi, Avropa meydanı və Metexi körpüsü ev sahibliyi edir.
Bütün məkanlara gələn qonaqları rəngarəng mədəni, əyləncəli, maarifləndirici və göz oxşayan fəaliyyətlər qarşılayır. Tədbir ərazisində ənənəvi olaraq bayram dekorasiyaları və installyasiyalar, fotozonalar, istirahət sahələri və açıq kinoteatr təşkil olunub. Gürcü və xarici mətbəxin, kulinariya zonaları və ustad dərslərinin, sürətli qida obyektləri, ənənəvi çərəzin, balın və şərabın sərgisinin, satışı və dequstasiyasının, müasir qənnadı məhsullarının təqdim olunduğu sahibkarlıq və qastronomiya zonaları təşkil olunub.
Bununla yanaşı, gün ərzində uşaq konsertləri, əyləncəli və idman fəaliyyətləri keçirilir. Bayram proqramı musiqili axşamlar və teatrlaşdırılmış tamaşaları əhatə edir.
Oktyabrın 4-də, saat 20:00-da Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək və birbaşa efirdə yayımlanacaq.





