Pavel Herçinski - Zorakılığa, qəddarlığa görə məsuliyyət daşıyan şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmalı və saxlanılan şəxslər dərhal azad edilməlidir
Zorakılığa, qəddarlığa görə məsuliyyət daşıyan şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmalı və saxlanılan şəxslər dərhal azad edilməlidir – bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
O, zorakılığın tamamilə qəbuledilməz olduğunu deyib.
“Dekabrın 9-da Beynəlxalq İnsan Hüquqları Müdafiəçiləri Gününü qeyd etdik. Mən Gürcüstanda bir qrup hüquq müdafiəçisi ilə görüşdüm. Mənə nə baş verdiyini dedilər, xüsusən də saxlanılmadan sonra baş verən döyülmə işgəncəyə bərabərdir. Buna son qoyulmalıdır. Bu döyülmələrin arxasında kim dayanırsa, xüsusən də keçən həftə sonu Tbilisinin küçələrində gördüyümüz cinayətkar dəstələr araşdırılmalıdır. Zorakılığa, polisin, xüsusi təyinatlıların və bu cinayətkar dəstələrin qəddarlığına görə məsuliyyət daşıyan şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmalı və saxlanılan şəxslər dərhal azad edilməlidir. Bilirəm ki, onlardan bəziləri barəsində inzibati xətaya görə ittiham irəli sürülüb. Bu insanlar dərhal azad edilməlidir” – Pavel Herçinski bildirib.