Pavel Herçinski - Avropa İttifaqı tarixdə ən dinc layihədir, biz sülh, sabitlik, inkişaf və rifahın yanındayıq
Avropa İttifaqı tarixdə ən dinc layihədir, biz sülh, sabitlik, inkişaf və rifahın yanındayıq – bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
Jurnalist Herçinskiyə sual ünvanlayıb, “Bidzina İvanişvilinin bəyanatına əsasən, Gürcüstan hökuməti Avropa İttifaqı və ABŞ ilə tərəfdaşlıq münasibətləri istəyir, lakin müharibə hesabına yox”.
Herçinski cavabında qeyd edib ki, Avropa İttifaqı tarixdə ən dinc layihədir və təşkilat Gürcüstanın bu ailənin üzvü olmasını istəyir.
“Avropa İttifaqı tarixdə ən uğurlu, dinc layihədir. Biz sülh, sabitlik, inkişaf və rifahın yanındayıq. Biz qapılarımızı Gürcüstan üçün açmağa qərar verdik. Gürcüstanın ailəmizin üzvü olmasını istəyirik, Gürcüstanın kollektiv gələcəyimizə birlikdə qərar verməsini istəyirik. İndi gürcülər qərar verməlidirlər ki, bizə qoşulmaq, Avropa İttifaqına üzv olmaq istəyirlər, ya yox. Səmimi şəkildə, ümid edirəm ki, Gürcüstan bu fürsəti əldən verməyəcək” – Herçinkski bildirib.