Pavel Herçinski - Avropa Günündə ümumi tariximiz barədə düşünürük və Gürcüstanla birgə yaratmaq istədiyimiz gələcəyi səbirsizliklə gözləyirik
Pavel Herçinski - Avropa Günündə ümumi tariximiz barədə düşünürük və Gürcüstanla birgə yaratmaq istədiyimiz gələcəyi səbirsizliklə gözləyirik

 

Avropa Günündə ümumi tariximiz barədə düşünürük və Gürcüstanla birgə yaratmaq istədiyimiz gələcəyi səbirsizliklə gözləyirik – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski videomüraciətində bildirib.

Herçinskinin qeyd etdiyi kimi, Avropa İttifaqının Gürcüstan əhalisinə dəstəyi həyatın bütün sahələrinə şamil edilir və bütün vətəndaşların həyatını yaxşılaşdırmaq məqsədi daşıyır.

“Hər il mayın 9-da biz Avropa Gününü qeyd edirik. Avropa Gününün 75-ci ildönümü 1950-ci ildə Robert Şumanın Bəyannaməsi ilə başlayan Avropa layihəsinin möhtəşəm uğurunun sübutudur. Avropa İttifaqı özünün hazırkı 27 üzv dövlətinin hamısına sülh, demokratiya və firavanlıq gətirdi. Avropa Günündə ümumi tariximiz barədə düşünürük və Gürcüstanla birgə yaratmaq istədiyimiz gələcəyi səbirsizliklə gözləyirik. Avropa İttifaqının Gürcüstan əhalisinə dəstəyi həyatın bütün sahələrinə şamil edilir və bütün vətəndaşların həyatını yaxşılaşdırmaq məqsədi daşıyır. Dəstəyimiz haqqında daha çox məlumat almaq və hamımızı birləşdirən şeyi, 9 May gününü ailələriniz və dostlarınızla birlikdə “Expo Georgia”da keçirmək üçün sizləri səmimiyyətlə dəvət edirəm. Avropa Gününü birlikdə keçirək” – Herçinski bildirib.