Patrul Polisi - Tbilisidə oktyabrın 23-də gözlənilən nəqliyyat sıxlığı səbəbindən vətəndaşları şəxsi avtonqəliyyat vasitələri hərəkət etməkdən çəkinməyə çağırırıq
Tbilisidə oktyabrın 23-də gözlənilən nəqliyyat sıxlığı səbəbindən vətəndaşları şəxsi avtonqəliyyat vasitələri hərəkət etməkdən çəkinməyə çağırırıq – bu haqda Tbilisinin Patrul Polisinin bəyanatında qeyd olunub.
Bəyanata əsasən, “Gürcü Arzusu”nun seçkiöncəsi yekun tədbiri ilə bağlı gözlənilən nəqliyyat sıxlığı müəyyən küçələrdə avtomobillərin hərəkətinin müəyyən müddətə məhdudlaşdırılması ilə bağlıdır.
“İctimaiyyətə məlum olduğu kimi, oktyabrın 23-də Tbilisidə “Gürcü Arzusu – Demokratik Gürcüstan” siyasi partiyasının seçkiöncəsi yekun tədbiri planlaşdırılır. Sözügedən tədbir ilə əlaqədar Tbilisidə, ayrı-ayrı küçələrdə avtomobillərin hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq.
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından verilən məlumata əsasən, planlaşdırılan görüş geniş miqyaslı olacaq, çünki paytaxtda yaşayan vətəndaşlarla yanaşı, bölgələrdən gələcək şəxslər də tədbirə qatılacaqlar.
İctimai asayişin qorunması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları tədbirin keçiriləcəyi yerə və ətraf ərazilərə səfərbər olunacaqlar.
Gözlənilən nəqliyyat sıxlığı səbəbindən vətəndaşları şəxsi avtonqəliyyat vasitələri hərəkət etməkdən çəkinməyə çağırırıq.
Tədbirlə bağlı tətbiq edilən məhdudiyyət oktyabrın 23-ü saat 00:00-dan toplantı başa çatana qədər qüvvədə olacaq. Tədbir başa çatdıqdan sonra nəqliyyatın hərəkəti adi qaydada bərpa olunacaq” – bəyanatda qeyd olunub.