Patrul polisi Tbilisidə külli miqdarda narkotik vasitələri ələ keçirib, dörd nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş Bölməsinin əməkdaşları, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etmək ittihamı ilə əvvəllər məhkumluq həyatı yaşamış 1972-ci il təvəllüdlü İ.B., 1994-cü il təvəllüdlü A.B., eləcə də Hindistan vətəndaşları: 2003-cü il təvəllüdlü A.T. və 2001-ci il təvəllüdlü S.M.-ni saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatında, patrul müfəttişlərinin təqsirləndirilən şəxsləri yoxlamaq məqsədilə Tbilisidə müxtəlif vaxtlarda dayandırdıqları deyilir.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində axtarış zamanı, eləcə də yerlərdən birindən maddi sübut olaraq satış üçün qablaşdırılmış xüsusilə külli miqdarda narkotik vasitələri, o cümlədən “Alfa PVP” və “Metadon”u götürüblər.
Həmçinin, polis tərəfindən narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260 və 260-4-cü maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.