Patrul Polisi Tbilisidə külli miqdarda “metadon” aşkar edərək götürüb, bir nəfər saxlanılıb

11:27, 27.08.2026

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaradılması ittihamı ilə bir nəfəri saxlayıblar.
Qurumun məlumatına görə, hüquq-mühafizə əməkdaşları Tbilisidə saxlanılan şəxsin üzərinə baxış keçirərkən, həmçinin həyata keçirilən istintaq tədbirləri nəticəsində müxtəlif ünvanlardan sübut kimi satışa hazırlanmış külli miqdarda “metadon” aşkar edərək götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar