Patrul Polisi rüşvət vermək və saxta sənəddən istifadə ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində rüşvət vermək və saxta sənəddən istifadə ittihamı ilə xarici ölkə vətəndaşı – 1986-cı il təvəllüdlü S.Q. saxlanılıb. Məlumatı DİN yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən S.Q. Gürcüstan dövlət sərhədinin ‘Darialı’ sərhəd-keçid məntəqəsini keçərkən məcburi sərhəd nəzarəti zamanı saxta sənədlər təqdim edib və sərhədçi-nəzarətçiyə rüşvət qismində pul təklif edib. Hüquq-mühafizə orqanları rüşvət vermək və saxta sənəddən istifadə faktına görə S.Q.-nu təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi və 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır.
Cinayət 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – deyə DİN-in məlumatında qeyd olunur.