Patrul Polisi narkotik cinayəti ittihamı ilə xarici ölkə vətəndaşlarını saxlayıb, xüsusilə böyük miqdarda narkotik vasitə götürülüb
Patrul Polisi narkotik cinayəti ittihamı ilə xarici ölkə vətəndaşlarını saxlayıb, xüsusilə böyük miqdarda narkotik vasitə götürülüb

 

 

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Qazaxıstan Respublikasının iki vətəndaşını narkotik cinayəti ittihamı ilə saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əvvəlcədən əlbir olmuş qrup tərəfindən böyük və xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satılmasına hazırlıq, eləcə də marixuananın qanunsuz əldə edilməsi, saxlanılması və satışına hazırlıq faktlarına görə 2000-ci il təvəllüdlü R.Ş. və 2000-ci il təvəllüdlü S.Ş. saxlanılıblar.

Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Patrul Polisi Departamentinin əməkdaşları narkotik cinayətinə görə saxlanılmış şəxslərin üzərində və avtomobilində axtarış nəticəsində, 34 paket olaraq qablaşdırılmış narkotik vasitəni “Metadon” və “qurudulmuş marixuana”nı maddi sübut kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri, eləcə də 18-260-cı, 273-cü prima və 18-273-cü prima maddələri ilə aparılır” – məlumatda qeyd olunub.