Patrul polisi koronavirusa qarşı olan qaydalar və rekomendasiyaların yerinə yetirilməsi məqsədilə fəal monitorinqi davam etdirir
Patrul polisi koronavirusa qarşı olan qaydalar və rekomendasiyaların yerinə yetirilməsi məqsədilə fəal monitorinqi davam etdirir

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları koronavirusa qarşı olan qaydalar və rekomendasiyaların yerinə yetirilməsi məqsədilə, idarələrarası koordinasiya şurasının qərarına müvafiq olaraq, fəal monitorinqi davam etdirirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, patrul-müfəttişlər Tbilisidə mövcud bütün metrostansiyası yanına səfərbər olunublar və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, metrostansiyaya daxil olan şəxslər tərəfindən koronavirusun prevensiyası məqsədilə mövcud olan qaydaların müdafəsinə və maskaların düzgün gəzdirilməsinə nəzarət edirlər.

“Bundan başqa, hüquqmühafizəçilər paytaxt və Gürcüstanın bütün böyük şəhərlərində mövcud olan aqrar bazarlarda, həmçinin bazarların ərazisində, ictimai əsayişin və təhlkəsizliyin müdafiəsi üçün, patrulluğu intensiv şəkildə həyata keçirirlər.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edir, sosial məsafəni müdafiə etsinlər, maskanı düzgün gəzdirsinlər və polisin göstərişlərinə tabe olsunlar, əks təqdirdə olnlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək”, – DİN məlumatında deyilir.