Patrul polisi xüsusilə böyük miqdarda narkotik maddə götürüb – xarici ölkə vətəndaşları saxlanılıb
Patrul polisi xüsusilə böyük miqdarda narkotik maddə götürüb – xarici ölkə vətəndaşları saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətinə görə Ukraynanın iki vətəndaşını saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.

2005-ci il təvəllüdlü S.T. və 2005-ci il təvəllüdlü O.K.-yə qarşı əvvəlcədən razılaşdırılmış qrup şəklində xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin satışa hazırlıq və satışa cəhd maddələri ilə ittiham irəli sürülüb. Bu cinayətlərə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin üzərində, avtomobilində və müvəqqəti yaşadıqları evdə aparılan axtarış zamanı xüsusilə böyük miqdarda – 103 bağlamada qablaşdırılmış “Metadon” narkotik vasitəsi götürülüb.

İstintaq tədbirləri çərçivəsində sübut kimi elektron tərəzi və narkotik maddənin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb.

İstintaq əvvəlcədən razılaşdırılmış qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanılması, satışa hazırlıq və satışa cəhd faktları üzrə Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı və 19-260-cı maddələri ilə aparılır.