Patrul Polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etməkdə təqsirləndirilən xarici ölkə vətəndaşını saxlayıb

11:26, 19.07.2026

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsinin əməkdaşları Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etməkdə təqsirləndirilən Livan vətəndaşını saxlayıblar. Bu barədə DİN məlumat yayıb.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşını Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar. O, saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar