Patrul Polisi Departamentinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyəti səfər edib

12:57, 30.07.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru Levan Maisuradze ölkəyə rəsmi səfər edən Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Garik Muradyanı qəbul edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Levan Maisuradze qonaqlara Patrul Polisi Departamentinin fəaliyyəti barədə ətraflı məlumat verib. Tərəflər, həmçinin Gürcüstan və Ermənistanın aidiyyəti qurumları arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

“Ermənistan nümayəndə heyətinin üzvləri Patrul Polisinin avtomobil parkı və avadanlıqları ilə tanış olub, həmçinin Patrul Polisinin Vahid Xidmət Mərkəzinə baş çəkiblər. Onlar mərkəzin fəaliyyəti və vətəndaşlara xidmət prosesinin xüsusiyyətləri ilə yerində tanış olublar”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar