Patrul Polisi Departamenti vətəndaşlara yalan bildirişlər barədə xəbərdarlıq edir
Patrul Polisi Departamenti vətəndaşlara yalan bildirişlər barədə xəbərdarlıq edir

 

Patrul Polisi Departamenti Daxili İşlər Nazirliyinin “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə və Patrul Polisinin Vahid Xidmət Mərkəzinin “Qaynar xətt”inə vətəndaşlar tərəfindən çoxsaylı telefon zənglərinin daxil olması barədə bəyanat yayır.

Bəyanata əsasən, zəng edənlər Patrul Polisi Departamentinin rəhbərinin adından elektron poçt vasitəsilə məzmunu naməlum olan bildirişlər aldıqlarını qeyd edirlər.

“Vətəndaşları məlumatlandırmaq məqsədilə izah etmək istərdik ki, qeyd olunan bildirişlər Patrul Polisi Departamentinin rəhbəri tərəfindən göndərilməyib və çağırış edirik ki, aldanmasınlar.

Həmçinin, bəyan edirik ki, sözügedən fakt müvafiq xidmət tərəfindən araşdırılacaq” – Patrul Polisi Departamentinin bəyanatında deyilir.