Patrul Polisi Almaniya tərəfindən müxtəlif ağır kateqoriyalı cinayətlərə görə axtarışda olan iki şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan iki xarici ölkə vətəndaşını Acarada saxlayıblar – bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
“Saxlanılan şəxslər Almaniyanın hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır kateqoriyalı cinayətlər, o cümlədən hədə-qorxu ilə tələb etmək məqsədilə törədilən adam oğurluğu, təcavüz və bədən xəsarəti yetirmə ittihamı ilə axtarışda idilər.
Saxlanılanlar Gürcüstan sərhədini barələrində axtarış elan olunmazdan əvvəl keçiblər. Hazırda saxlanılan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.