Patrul polisi Acarıstanda İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb

15:39, 18.01.2026

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Acarıstan Baş İdarəsinin və həmin departamentin İstintaq Baş İdarəsinin Acarıstan İstintaq Xidmətinin əməkdaşları 1986-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı S.K.-nı saxlayıblar.

DİN-in məlumatına görə, S.K. Türkiyə Respublikası tərəfindən cinsi istismar/fahişəlik ittihamı ilə axtarışda olub.

Qurumun bildirdiyinə əsasən, saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.

Oxşar