Patrul Polisi Acarada Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi ittihamı ilə iki nəfəri saxlayıb
Patrul Polisi Acarada Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi ittihamı ilə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhədin İdarəolunması və Koordinasiya Baş İdarəsinin və bu departamentin İstintaq Baş İdarəsinin Acara İstintaq Xidmətinin əməkdaşları birlikdə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Gürcüstanın dövlət sərhədinin qanunsuz şəkildə, qrup halında keçilməsi ittihamı ilə Mərakeş vətəndaşları: 1991-ci il təvəllüdlü C.K. və 1984-cü il təvəllüdlü M.A.-nı saxlayıblar.

Cinayət 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın dövlət sərhədini sərhəd-keçid məntəqəsindən yan keçməklə, qanunsuz şəkildə, qrup halında keçiblər.

Polis onların hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıb.

Gürcüstanın dövlət sərhədinin qanunsuz şəkildə, qrup halında keçilməsi faktı üzrə istintaq Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi ilə aparılır.