Patrul Polis Departamentinin avtomobil parkı təxminən 300 avtomobillə yenilənib
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin avtomobil parkı təxminən 300 yeni nəqliyyat vasitəsi ilə yenilənib.
DİN-in məlumatına görə, avtomobillər Tbilisi və regionlar üzrə bölüşdürülüb.
“Yeni nəqliyyat vasitələri arasında həm minik avtomobilləri, həm də yüksək dağlıq rayonlar üçün nəzərdə tutulmuş yolsuzluq avtomobilləri, o cümlədən ekoloji baxımdan səmərəli hibrid modellər var.
Yeni avtomobillər polis fəaliyyətinin səmərəliliyinin və ictimai təhlükəsizliyin daha da yaxşılaşdırılmasına kömək edəcək”, – deyə nazirliyin məlumatında bildirilir.