Patriarxlığın Universitetində Ata Yakob və Nino Lomcariya arasında görüş keçirilir
Patriarxlığın Universitetində Ata Yakob və Nino Lomcariya arasında görüş keçirilir

Gürcüstan Patriarxlığının Müqəddəs Andriya adına Gürcü Universitetində  Ninosminda Pansionatının rəhbəri Ata Yakob və Xalq Müdafiəçisi Nino Lomcariya arasında görüş keçirilir.

Görüşdə Ninosminda Pansionatı ilə bağlı məsələni müzakirə edirlər.

Görüşün başlamasına qədər Ata Yakob və Nino Lomcariya mediaya şərh verməyib.

Ata Yakob Xalq Müdafiəçisi ilə Tbilisidə görüşə hazır olduğunu dünən ifadə etdi, bunada Nino Lomcariya razılaşdı.

Ninosminda Pansionatının rəhbəri vəzifəsini Bodbeli baş yepiskob Ata Yakob (Yakobaşvili) 14 iyunda tutdu.