Patriarxlıqda bu gün Müqəddəs Sinodun iclası keçiriləcək
Patriarxlıqda bu gün Müqəddəs Sinodun iclası keçiriləcək

Patriarxlıq taxtının müvəqqəti rəhbəri, mitropolit Şio Mujirinin dəvəti ilə bu gün Patriarxlıqda Müqəddəs Sinodun iclası keçiriləcək. Məlumatı Patriarxlığın ictimaiyyətlə əlaqələr xidməti iki gün əvvəl yayıb.

“Cari ilin 3 aprel tarixində, saat 12:00-da, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri)nin dəvəti ilə Gürcüstan Patriarxlığında Müqəddəs Sinodun iclası keçiriləcək.

İclasın məqsədi Gürcüstan Pravoslav Kilsəsinin idarəetmə əsasnaməsində nəzərdə tutulmayan təşkilati məsələlərin müzakirəsidir. Bunlara Sinodun növbəti iclasları və genişləndirilmiş yığıncaqla bağlı əlavə detallar, yığıncağın keçirilmə yeri, nümayəndələrin dəvət olunması proseduru və digər zəruri məsələlər daxildir”, – məlumatda qeyd olunur.