Patriarxlığa üç namizədin seçiləcəyi Sinodun növbəti iclası aprelin 24-də keçiriləcək
Patriarxlığa üç namizədin seçiləcəyi Sinodun növbəti iclası aprelin 24-də keçiriləcək

 

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Cağmaidzenin bəyanatına əsasən, Sinodun növbəti iclası aprelin 24-də keçiriləcək. Bu haqda Andria Cağmaidze Sinodun iclası başa çatdıqdan sonra Patriarxlıq yaxınlığında jurnalistlərə deyib.

Andria Cağmaidzenin sözlərinə əsasən, Sinodun bugünkü iclası təşkilati məsələlərin müəyyənləşdirilməsinə həsr olunmuşdu.

“Sinodun iclasında növbəti Sinod və genişləndirilmiş məclisin keçirilməsi üçün müəyyən prosedurlar müəyyən edildi. Bunların arasında üç komissiya təsis edildi – mandat, səs sayıcı və redaksiya. Bu komissiyalara daxil olan üzvlərin məsələsi müəyyən ediləcək. Komissiyaların adları onların funksiyalarından xəbər verir. Patriarxın seçilməsi ilə bağlı proses sadə proses deyil – səslər sayılmalıdır, üstəlik genişləndirilmiş iclasda çoxlu nümayəndə olacaq, hər şey qaydasında olmalıdır. Heç bir pillədə qeyri-müəyyənlik qalmamalıdır. Buna görə də təşkilati baxımdan çox iş görülməlidir və bu mövzularda razılığa gəlmək lazımdır. Bilirik ki, genişləndirilmiş iclas Üçlük məbədində, növbəti Sinodun iclası isə aprelin 24-də keçiriləcək” – Cağmaidze qeyd edib.

Bununla yanaşı, Cağmaidzenin məlumatına əsasən, məhz bu iclasda Patriarxlığa üç namizəd seçiləcək.